Hindistanın Madhya-Pradeş ştatında külli miqdarda fişəng və petardların saxlandığı binada partlayış baş verib.
Hadisə nəticəsində azı dörd nəfər həlak olub. Daha 7 nəfər ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Partlayış nəticəsində bina çöküb. Dağıntılar altında insanların qaldığı istisna olunmur.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
///Trend