Hindistanda güclü yağışlar 44 nəfərin həyatına son qoydu

Hindistanda güclü yağışlar 44 nəfərin həyatına son qoydu
DÜNYA
14:32 04.06.2025
403
Hindistanın şimal-şərq ştatlarında leysan yağışların səbəb olduğu fəlakətlərdə həyatını itirənlərin sayının 44-ə yüksəldiyi bildirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hindistanda musson mövsümü ilə başlayan leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar ölkədəki həyata mənfi təsir edir.

Ölkənin şimal-şərqindəki Assam, Arunaçal Pradeş, Meqalaya, Manipur, Tripura, Naqaland və Mizoram əyalətlərində güclü yağışların yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı 44-ə yüksəlib.

Səlahiyyətlilər bildiriblər ki, güclü yağışlar 1500-dən çox kəndə ziyan vurub və 14739 hektardan çox kənd təsərrüfatı sahəsinə ziyan vurub.

Hindistan Meteorologiya İdarəsi (IMD) bölgədə leysan yağışların yaxın günlərdə də davam edəcəyi barədə xəbərdarlıq etmişdi.

Hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkədə insan tələfatı və maddi ziyana səbəb olur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR