Hindistanda həkimin zorlanaraq öldürülməsi qarşıdurmaya səbəb oldu

DÜNYA
15:15 27.08.2024
125
Hindistanda həkimin zorlanması və öldürülməsi ilə bağlı nümayişlər qarşıdurmaya çevrilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qərbi Benqaliyanın Kolkata şəhərinin mərkəzində toplaşan nümayişçilər ştatın Baş Katibliyinə doğru yürüş ediblər.
 
Nümayişçilərə yürüş etməyə icazə verməyən polis etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

Etirazçılar təhlükəsizlik qüvvələrinə də daş və çubuqlar atıblar.
 
Mətbuata əks olunan görüntülərdə bəzi etirazçıların polislə qarşıdurma zamanı baryerləri yıxaraq təpiklədiyi görülüb.

Hadisələrdə ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Qərbi Benqalın Kolkata şəhərindəki RG Kar Tibb Kollecində işləyən 31 yaşlı qadın həkim işçilər üçün istirahət otağı olmadığı üçün avqustun 9-da 36 saatlıq növbəsindən sonra seminarların keçirildiyi otaqda yatıb. Səhərisi səhər onun həmkarları qadının cansız, yarıçılpaq və bədəninin müxtəlif yerlərində ağır yaralar olan bədənini aşkar ediblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR