Hindistanda koronavirusun yeni növü aşkarlandı

Hindistanda koronavirusun yeni növü aşkarlandı
DÜNYA
19:09 21.06.2021
714
Hindistanın Maharaştra əyalətində koronavirusun yeni növü aşkarlanıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Hindistan səhiyyə naziri Raceş Tope açıqlama verib. O qeyd edib ki, yeni növə "delta plus" adı verilib.

Yeni növə Maharaştra əyalətinin dörd bölgəsi - Sindxudurq, Ratnagiri, Palqar və Jalqaondada ümumilikdə 20 yoluxma faktı aşkarlanıb. Nümunələr mutasiya olunmuş virusun epidemioloji xüsusiyyətlərini öyrənmək üçün laboratoriyalara göndərilib.

"Genomika və İnteqrativ Biologiya İnstitutu (CSIR-IGIB) əyalətin bütün bölgələrindən toplanan nümunələr əsasında bir hesabat hazırlayıb. Hesabat bazar ertəsi günü keçiriləcək iclasda müzakirə ediləcək və nəticələr çıxarılacaq", - deyə Raceş Tope bildirib.
OXŞAR XƏBƏRLƏR