Hindistanda körpü qəzasında ölənlərin sayı artdı

Hindistanda körpü qəzasında ölənlərin sayı artdı
DÜNYA
11:40 31.10.2022
226

Hindistanda körpü qəzası nəticəsində ölənlərin sayı artıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın qərbindəki Qucarat ştatının Morbi şəhərində baş verən hadisə nəticəsində Maççhu çayı üzərindəki asma körpü uçub. Üzərində azı 500 nəfərin olduğu asma körpünün uçması nəticəsində insanlar çaya düşüb.

Ən azı 500 nəfərin olduğu asma körpünün uçması nəticəsində 90 nəfər həyatını itirib,

Yanğınsöndürmə rəisi Devendrasinh Jadeja axtarış-xilasetmə işlərinin davam etdiyini və itkin düşənlərin sayının hələ müəyyən edilmədiyini bildirib. Qucarat polis rəisi Aşiş Bhatia bildirib ki, çoxlu insan xilas edilib, lakin ölənlərin sayı arta bilər.

Ayşən

OXŞAR XƏBƏRLƏR