Hindistanın Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində azı 40 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, Maççxu çayı üzərindəki Morbi körpüsünün üzərində 500-ə yaxın insan olub və hadisə də bu zaman baş verib. Körpü dağılıb və 100-dən çox insan su altında qalıb.
Xilasedicilər hazırda hadisə yerindədir. Yerli sakinlərin də qoşulduğu xilasetmə əməliyyatına Baş nazir Narendra Modi rəhbərlik edir.
Qeyd edək ki, 140 il əvvəl tikilən körpü yenidən qurulub və cəmi dörd gün əvvəl ziyarətçilərin üzünə açılıb.