Hindistanda leysan 66 nəfərin ölümünə səbəb oldu

Hindistanda leysan 66 nəfərin ölümünə səbəb oldu
DÜNYA
18:23 16.08.2023
161
Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində azı 66 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "India Today” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Hindistanın şimalındakı Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Güclü yağış torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub.

Meteoroloqlar avqustun 19-dək rayonda yağışlı hava şəraitinin olacağını proqnozlaşdırırlar.
OXŞAR XƏBƏRLƏR