Hindistanda müsəlman ailəyə silahlı hücum edildi: 11 nəfər saxlanıldı

Hindistanda müsəlman ailəyə silahlı hücum edildi: 11 nəfər saxlanıldı
DÜNYA
09:28 26.05.2023
223
Mayın 7-də Telanqana şəhərinin Medak rayonunda müsəlman ailəyə bir qrup silahlı hücum edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, müsəlman ailəyə hücum edən 11 nəfər saxlanılıb.

Hücumun görüntüləri sosial mediada geniş şəkildə paylaşılıb və müsəlman ailəyə edilən hücuma reaksiya verilib.

Videoda hind qrupunun 31 yaşlı Md İmrana, onun anası və bacısına "Lord Ramaya həmd olsun” qışqıraraq hücum etməsi və ailəni "götürməsi” görünür.
 
Hadisədən sonra İmranın hamilə bacısının uşaq saldığı bildirilib.

Polis əvvəlcə qrupa hücum etdiyi iddiası ilə İmranı saxlayıb sərbəst buraxıb, sonra isə BJP millət vəkili də daxil olmaqla 11 nəfəri saxlayıb.
 
Məclis Bachao Tehreek (MBT) Partiyasının sözçüsü Emcedullah Xan hadisəni pisləyərək, müsəlman liderlərin hadisə ilə bağlı susmasını tənqid edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR