Hindistanda müsəlmanlara divan tutulur: Dehli ad dəyişikliyi ilə siyasətini pərdələyir – ŞƏRH

Hindistanda müsəlmanlara divan tutulur: Dehli ad dəyişikliyi ilə siyasətini pərdələyir – ŞƏRH
DÜNYA
16:47 06.06.2022
524
Hindistan hökumətinin dini konsepsiyasını radikalizm üzərində yeniləmək cəhdləri və ölkədə islam inancında olan əhalini sıxışdırmağına başqa adlarla haqq qazandırmağa çalışması beynəlxalq mətbuatda müzakirə mövzusuna çevrilib.

Hindistan hökuməti BMT-yə müraciət edərək "islamofobiya” ifadəsinin "religiyafobiya” ifadəsi ilə dəyişdirilməsini istəyir.

Hindistan mövqeyini belə əsaslandırır ki, dünyada dini dözümsüzlük, diskriminasiya bir çox dinlərə qarşı həyata keçirilir, ancaq səmavi dinlərə qarşı aktlar önə çıxarılır.

İlk baxışda tolerantlıq məntiqi kimi dəyərləndirilə bilər, lakin Hindistan bununla özünün müsəlmanlara qarşı yeritdiyi siyasətin üzərinə pərdə salmaq istəyir. Həm də özünə qarşı islam amili ilə presedent yaradılmaması üçün qabaqdangəlmişlik edir.

Əslində Hindistanda müsəlmanların təzyiqlərlə üzləşməsi yeni hal da deyil, ancaq yeni kontekst yaranır.

Hindistan hökuməti ictimai rəyi özünün diplomatik arqumentinə çevirmək üçün əlinin altında olan siyasi qüvvələri də işə salır. Hindistan hökumətinin islamofobiya yanaşması ilə həmin gedişatlar paralellik təşkil edir.

Hindistanın "Bharatia Canata” partiyasının lideri Yaşpal Suvarna bu ilin aprelində ölkədə ictimai yerlərdə hicabın qadağan ediləcəyini söyləmişdi.

Bir neçə gün öncə isə həmin partiyanın funksionerləri Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələr işlədiblər.

Sual olunur: Hindistan hökumətinin indi BMT-yə müraciətinin məğzi tolerantlığa söykənirmi? Əlbəttə ki yox!

İslam peyğəmbərinin təhqir edilməsi tendensiyaları Hindistanı Qətər və Küveytin təzyiqi ilə üzləşdirib.

Qətər və Küveyt ölkələrindəki Hindistan səfirlərini çağıraraq nota təqdim ediblər. Qətər və Küveyt Hindistandakı islamofobiya meyllərinin peyğəmbərin təhqiri ilə müşayiət olunmasına görə üzrxahlıq tələbi səsləndiriblər.

Hər iki ölkə hesab edir ki, bu cür mesajlar İslam dini haqqında məlumatsızlıqdandan irəli gəlir.

İslam Hindistan da daxil olmaqla dünya sivilizasiyasında böyük rol oynayıb. Görünür ki, Hindistan bu düşüncənin üzərindən xətt çəkmək niyyətindən əl çəkmir.

Ona görə də, Hindistanın müsəlmanları hədəfə alan, zorakılıq və ekstremizm çağırışlarını özündə ehtiva edən çağırışlara dəstəyini artıracağı gözlənilir.

Çünki Hindistan məqsədli niyyətlərini sistemli və döyüşə hazır vəziyyətə gətirib. Hindistanın ictimai-siyasi həyatının bütün sahələrinə "zəhər” yeridilir və İslama qarşı təhlükəli meyllər qidalandırılır.

Artıq Hindistanın kino sahəsində də anti-islam təbliğatına yer verilir. Hindistanın belə davranışları Pakistana barmaq silkələmək məqsədi daşıyır.

Nəzərə almaq lazımdır ki, Hindistan filmləri hindlilərin düşüncə tərzini formalaşdırır, onda deyə bilərik ki, hökumət anti-islam təbliğatına vəsait ayırmaqda davam edəcək. Hindistan təkcə anti-islam cəbhəsinə deyil, digər dinlərin nümayəndələrinə qarşı da hərəkətə keçib.

Amerika Birləşmiş Ştatları da Hindistana tövründə sərtlik nümayiş etdirir, dövlət katibi Entoni Blinken Hindistanda insanlara və ibadət yerlərinə artan hücumlardan narahatlığını ifadə edib.

Ancaq Hindistan dünyanın çağırışlarına məhəl qoymadan öz bildiyini etməkdə israrlı görünür.

Hindistan çoxmillətli və çoxdinli ölkədir, amma multikultural hüquqi yanaşma ortaya qoymaq əvəzinə ayrı-seçkilik siyasətinə müraciət edir. Bu baxımdan Hindistanın müsəlmanlara qarşı davranışları davam edəcək, dünya ictimaiyyəti isə onu bu siyasətindən çəkindirməyin yollarını aramalıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA