Hindistanda naməlum xəstəlik ortaya çıxdı – Uşaqlar üçün təhlükəlidir

Hindistanda naməlum xəstəlik ortaya çıxdı –  Uşaqlar üçün təhlükəlidir
DÜNYA
13:33 31.08.2021
845

Adı məlum olmayan xəstəlikdən 40-ı uşaq olmaqla 68 nəfər ölüb.

AZXEBER.COM "Dailynews”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Uttar Pradeş əyalətində ortaya çıxan xəstəlik 40-ı uşaq olmaqla 68 nəfərin ölümünə səbəb olub.

Xəstəlik keçirənlərdə yüksək hərarət, susuzluq və trombosit sayında ani bir azalma meydana gəlir.

Mütəxəssislər bununla bağlı hələ ki, konkret fikir bildirə bilməsələr də, bu xəstəliyin uşaqlarda daha ölümcül ola biləcəyini qeyd edirlər.

Hazırda xəstəliklə bağlı araşdırmalar aparılır.

Aydın

OXŞAR XƏBƏRLƏR