Hindistanda polislə atışmada 9 üsyançı öldürülüb

Hindistanda polislə atışmada 9 üsyançı öldürülüb
DÜNYA
19:23 30.04.2024
201
Hindistanın Çhattisqarh şəhərində polislə atışmada 9 Maoçu üsyançı öldürülüb.
 
Hindistanın Çhattisqarh şəhərində təhlükəsizlik qüvvələri ilə davam edən toqquşmada 3-ü qadın üzv olmaqla, azı 9 silahlı öldürülüb.

Qarşıdurma yerindən çoxlu sayda silah, o cümlədən bir AK-47 avtomatı da aşkar edilib. Polisin məlumatına görə, qarşıdurma zamanı hökumət qüvvələrinə heç bir ziyan dəyməyib.
 
///Apa
OXŞAR XƏBƏRLƏR