Hindistanda qadın məmur ofisində yandırıldı

DÜNYA
15:42 05.11.2019
3681

Hindistanın Telangana şəhərində vergi məmuru bir qadın torpaq mübahisəsi ilə bağlı ofisinə gələn adam tərəfindən yandırılıb.

Belə ki, vergi məmurunun üzərinə və otağına benzin tökərək od vuran kişi daha sonra qapını içəridən bağlayaraq bir müddət gözləyib.

Qadının qışqırıqlarına gələn işçilər qapını açmağa çalışsalar da, bacarmayıblar. Bir az sonra qatil qapını açaraq bədənində yanıq xəsarətləri ilə qaçıb.

Cinayətkar polis tərəfindən yaxalanıb, lakin ağır yaralı olduğundan xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR