Hindistanda qatar qəzası: 2 ölü

Hindistanda qatar qəzası: 2 ölü
DÜNYA
12:11 30.07.2024
114
Hindistanda sərnişin qatarının 18 vaqonu relsdən çıxıb.

AZXEBER.COM Yeni Dehli agentliyinə istinadən xəbər verir ki, Hindistanın Carkhand əyalətində sərnişin qatarının 18 vaqonunun relsdən çıxması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

İlkin araşdırmalar bildirib ki, qəza əks istiqamətdən gələn yük qatarının relsdən çıxaraq sərnişin qatarına çırpılması nəticəsində baş verib.
 
Qəzadan sonra 5 qatarın hərəkəti dayandırılıb, marşrut üzrə 4 qatarın hərəkəti isə qısa müddətə dayandırılıb.

Dəmiryol rəsmiləri sərnişinlərin çoxunun avtobuslarla ən yaxın qatar stansiyasına aparıldığını və başqa qatarla yola davam edəcəklərini bildirdilər. 

Gülay
OXŞAR XƏBƏRLƏR