Hindistanda saxta spirtli içkilər onlarla insanın ölümünə səbəb oldu

Hindistanda saxta spirtli içkilər onlarla insanın ölümünə səbəb oldu
DÜNYA
13:11 20.06.2024
114
Hindistan mətbuatı ölkənin Tamil Nadu bölgəsində saxta spirtli içkilərə görə ölümlərin olduğunu açıqlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ştat rəsmisi M.S.Prasanth açıqlamasında bildirib ki, saxta içki səbəbindən 29 nəfər ölüb.

Press Trust of India xəbər agentliyinin məlumatına görə, dövlət rəsmisi M.S.Prasanth hadisənin Kallakuriçidə baş verdiyini bildirib. Prasanth 29 nəfərin saxta spirtli içkidən öldüyünü, 100-dən çox insanın müxtəlif xəstəxanalarda müalicə olunduğunu qeyd edib. 

Prasanth ölənlərin sayının arta biləcəyini və bölgəyə təcili yardım maşınlarının göndərildiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR