Hindistanda sərnişin avtobusu dərəyə yuvarlanıb, 27 nəfər ölüb

DÜNYA
15:00 02.01.2014
930

Bu gün Hindistanın Maxaraştra əyalətində Qərbi Qata dağında sərnişin avtobusu dərəyə yuvarlanıb.

Saat 10:30 radələrində baş verən hadisə nəticəsində 19-u qadın olmaqla ən azı 27 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilənlərdən 3-nün vəziyyəti ağırdır. Sağ qalanlar arasında sürücü də var. Qəzanın sürücünün ötmə əməliyyatı zamanı sürəti artırması və idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal olunur. Sürücü həbs edilib.(APA)

OXŞAR XƏBƏRLƏR