Hindistanın şimalında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 50-dən çox insan həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında güclü yağışlar və küləklər təsirini davam etdirir.
Himaçal-Pradeşin Baş naziri Sukhvinder Singh Sukhu "X” sosial media platformasında verdiyi açıqlamada son 24 saatda əyalətdə 50-dən çox insanın öldüyünü, 20-dən çox adamın isə qapalı vəziyyətdə qaldığını söyləyib.
Səlahiyyətlilər güclü yağışlarla bağlı xəbərdarlıq edərək, vətəndaşları çay sahillərindən uzaq durmağa çağırıb. Digər tərəfdən, əyalətin fövqəladə əməliyyat mərkəzi təbii fəlakət səbəbindən ştatda 752 yolun bağlandığını bildirib.
Gülay