Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək

Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
DÜNYA
11:47 13.06.2025
222
Air India-nın da daxil olduğu Tata Group, Hindistanda dünən baş verən təyyarə qəzasında yaxınlarını itirən hər ailəyə təxminən 115 min dollar yardım ediləcəyini açıqladı.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tata Group özünün X sosial media hesabında Air India-nın sədri Natarajan Chandrasekaranın açıqlamalarını paylaşıb.

Yazıda faciəvi hadisə ilə bağlı dərin kədər hissi ifadə edilib və yaxınlarını itirən ailələrlə həmrəylik mesajı verilib.

Yazıda həyatını itirənlərin ailələrinə Tata Group tərəfindən təqribən 115 min dollar ödənəcəyi və yaralıların müalicə xərclərinin də qarşılanacağı bildirilib.

Həmçinin qeyd olunub ki, təyyarə qəzasında ziyan dəymiş BJ Tibb Kollecinin tikintisinə dəstək veriləcək.

Gülay
OXŞAR XƏBƏRLƏR