Hindistanın şimal-şərqində yerləşən Sıkkım bölgəsində torpaq sürüşməsi nəticəsində azı üç hərbçi həlak olub, daha altı nəfər itkin düşüb.
Bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində hərbçilərin yerləşdiyi düşərgə dağılıb.
Qeyd edilir ki, dağıntılar altından dörd hərbçi xilas edilib.
İtkin düşənlərin axtarışı davam etdirilir.
/APA