Hindistanın paytaxtı Dehlidə baş verən yanğında 7 körpənin öldüyü xəstəxananın lisenziyasız fəaliyyət göstərdiyi və xəstəxanada yanğın çıxışının olmadığı məlum olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yanğın şənbə günü baş verib və xəstəxana sahibinin və növbətçi həkimin həbsinə səbəb olub.
Faciə Qucarat ştatının Rajkot şəhərində 27 nəfərin ölümü ilə nəticələnən əyləncə salonunda baş verən yanğından bir neçə saat sonra baş verib.
Hindistanda təhlükəsizlik normalarına riayət edilməməsi səbəbindən yaşayış və ticarət binalarında tez-tez yanğınlar baş verir.
Mikayıl