Hindistanda yağış can aldı - 125 nəfər öldü

Hindistanda yağış can aldı - 125 nəfər öldü
DÜNYA
14:32 21.07.2025
179
Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində güclü yağışlar nəticəsində baş verən sel, torpaq sürüşməsi və yol qəzalarında 125 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın NDTV telekanalının məlumatına görə, iyunun 20-dən Himaçal-Pradeş əyalətinə təsir edən musson yağışları can və mal itkisinə səbəb olmaqda davam edir.

Fövqəladə Halların İdarə Edilməsi üzrə Dövlət Mərkəzindən (SDMA) verilən açıqlamada güclü musson yağışlarının səbəb olduğu sel, torpaq sürüşməsi və qəfil leysan yağışları nəticəsində 70 nəfərin həlak olduğu bildirilib.

Açıqlamada həmçinin bildirilib ki, daşqınlar, sürüşmələr və qəfil leysan yağışları nəticəsində baş verən yol qəzalarında ölənlərin sayı 55-ə çatıb.

Açıqlamada həmçinin qeyd olunub ki, yağışlar infrastruktura ziyan vurub, 468 magistral yolu bağlayıb, 676 magistral su xəttini sıradan çıxarıb.

Cənubi Asiyada iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları, xüsusilə Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR