Hindistanda yeraltından gələn qəribə səslər zəlzələ təşvişinə səbəb oldu

Hindistanda yeraltından gələn qəribə səslər zəlzələ təşvişinə səbəb oldu
DÜNYA
12:45 16.02.2023
211
Türkiyədə baş verən zəlzələlər digər ölkələrdə də təşvişə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, Türkiyədə zəlzələlərin yaratdığı dağıntıların yaxından izləndiyi Hindistanda yeraltından gələn qəribə səslər təşviş yaradıb.

Hindistan mətbuatının məlumatına görə, ölkənin qərbindəki Maharaştra ştatının Latur şəhərinin sakinləri yeraltından gələn səslər səbəbindən böyük qorxu yaşayıb. Şəhər sakinləri səslərin zəlzələnin xəbərçisi olduğunu düşünərək küçələrə axışıblar.

Səlahiyyətlilər zəlzələ monitorinqi qurumları ilə əlaqə saxlayıb və bölgədəki seysmik hərəkətləri araşdırıblar. Araşdırmalar nəticəsində səlahiyyətlilər bölgədə seysmik aktivliyin olmadığını bildiriblər. 

Qeyd edək ki, 1993-cü ildə bölgədə baş verən zəlzələdə 10 minə yaxın insan həlak olmuşdu.

Ayşən
OXŞAR XƏBƏRLƏR