Hindistanın baş naziri istefa verdi

DÜNYA
11:00 19.05.2014
1061
2004-cü ildən bəri Hindistanın Baş naziri olan Manmohan Sinqh istefa ərizəsini ölkə prezidenti Pranabu Mukercə təqdim edib.
AZXEBER.COM xəbər verir ki, Sinqh onun başçılıq etdiyi "Hindistan Milli Konqresi"nin parlament seçkilərində məğlub olduğu üçün istefa verib.
Manmohan Sinqh yeni Baş nazir təyin olunanadək öz vəzifəsini icra edəcək.
Hindistanın yeni Baş naziri isə Qucarat ştatının hökumət başçısı Narendre Modi olacaq. Mayın 21-də Modinin andiçməsi keçiriləcək.
OXŞAR XƏBƏRLƏR