"ŞƏT-in Tiencindəki sammitində Hindistanın Azərbaycana qarşı mərdiməzarlığı bizdən çox bütövlükdə onun özünün də üzvü olduğu quruma, ilk növbədə də Çinin maraqlarına qarşı yönəlmiş hərəkətdir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bunu Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklaması haqda danışarkıən deyib.
Millət vəkili Hindistanın bu addımı atmağına iki əsas səbəbin olduğunu vurğulayıb:
"Hinsidtanın bu addımı atmasının iki mühüm səbəbi var. Onlardan biri budur ki, ŞƏT-in sıralarının genişləndirilməsi ən çox oradakı aparıcı dövlətin xeyrinədir ki, onun da Çin olduğu kimsəyə sirr deyil. İkincisi, bunun haradan haraya gəldiyini sərgiləmək baxımından Çin üçün son dərəcə önəmli olan bir şəhərdə Tiencində keçirilən Sammitdə bunun baş verməsi arxadan endirilən zərbəyə bənzəyir. Müqayisə etsək, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən Zirvəsi bizim üçün nə anlam daşıyirdısa, ŞƏT sammitinin Tiencində keçirilməsi də Çin üçün bir o qədər önəm daşıyırdı. Çünki tiryək savaşlarından sonra ya ötən əsrin ortalarınadək Tiencin Böyük Britaniyanın konsessiyasının yerləşdiyi şəhər idi. Yəni o uzun zaman Çinin gücsüzlük rəmzi olmuşdu. İndi bu qədər dövlət başçısı və beynəlxalq təşkilatların qatıldığı bir Zirvə keçirib dünyada necə bir güc və nüfuz sahibi olduğunu sərgiləyərkən Hindistanın mərdimazar hərəkətini düşünürəm ki, Çin heç cür cavabsız qoymayacaq. Azərbaycana gəldikdə, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdə dövlət başçımız bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını bildirdi. Amma bu, Hindistanın bizə qarşı etdiyi yaramazlığının qətiyyən cavabsız qalacagı demək deyil. Cavab olacaq, həm də Hindistanınkından qat-qat təsirli cavab olacaq".
Günel Hüseynli