Hindistan daxili qiymətləri nizamlamaq məqsədilə iyulun 20-də "Basmati” istisna olmaqla, ağ düyü ixracını qadağan edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan bu məhsulun ixracatına məhdudiyyət qoyub.
Ekspertlər xəbərdarlıq edir ki, Hindistanın ixrac qadağası böyük risklər daşıyır. Elə ölkələr var ki, düyü idxalının 90 faizini Hindistandan edir. Hindistan ötən il 140 ölkəyə ümumilikdə 22 milyon ton düyü ixrac edib.
Buraya təxminən altı milyon ton ağ düyü daxildir. Ekspertlər hesab edir ki, ağ düyüyə məhdudiyyət qoyulması qlobal qiymət artımına səbəb olacaq. Belə gözlənilməz qadağaların dünyada ərzaq təhlükəsizliyinə mənfi təsir edəcəyini söylənilir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının düyü bazarı üzrə analitiki Şirli Mustafa deyir ki, Hindistanın düyü ixracına məhdudiyyətinin hazırkı vəziyyət üçün mənfi təsirləri çox olacaq.
Buna misal olaraq, 2022-ci ilin əvvəlindən dünya bazarında düyü qiymətlərinin davamlı artması nümunə göstərilib.
Şəbnəm