Hindistan Silahlı Qüvvələri ölkənin sərhəd məntəqələrinin Pakistan tərəfindən atəşə tutulduğunu bildirib.
Bu barədə Hindistanın "Press Trust of India” agentliyi və "NDTV” telekanalı yayıb.
Bildirilib ki, hadisə Cəmmu və Kəşmir yaxınlığında qeydə alınıb.
Məlumata görə, Hindistan hərbçiləri atəşə cavab verib.
Dağıntı və tələfat barədə isə məlumat verilməyib.
Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Nyu-Dehlidəki Səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini "arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.
Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib.
Pakistan isə öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb, sərhəddə yerləşən "Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistanla bütün ticarəti də dayandırıb.
///Qafqazinfo