Hindistanlı aktrisa Bakıdan görüntüsünü paylaşdı - VİDEO

Hindistanlı aktrisa Bakıdan görüntüsünü paylaşdı - VİDEO
MAQAZİN
16:38 05.02.2024
286
Məşhur hindistanlı aktrisa Bakıdan görüntülərini paylaşıb.

AZXEBER.COM xəbər verir ki, tanınmış aktrisa Nora Fatehi öz "İnstagram" səhifəsində Bakıda olduğu vaxt çəkdiyi görüntüləri paylaşıb.
 
Aktrisa ötən il "Crakk" filminin çəkilişləri zamanı paytaxtda olub.

Onun İnstagram-da 46 milyon izləyicisi var. Bundan əlavə, sözügedən film üçün hazırlanmış mahnı parçasının klipi də Bakıda çəkilib.
 
Youtube platformasında paylaşılan klip 15 gün ərzində 20 milyon dəfə izlənilib.

"Crakk” filminin premyerası 23 fevral tarixində baş tutacaq.
 
Aysel

OXŞAR XƏBƏRLƏR