Hindistanlı turist Zaqatalada necə itkin düşüb - TƏFƏRRÜAT

Hindistanlı turist Zaqatalada necə itkin düşüb - TƏFƏRRÜAT
SOSİAL
12:52 03.06.2022
525
Xəbər verdiyimiz kimi, mayın 13-də Zaqatalaya turist kimi gələn hindistanlı Manikathi Kondaveeti itkin düşüb.

1993-cü il təvəllüdlü turist Zaqatala rayonunun Qəbizdərə kəndi yaxınlığındakı dağlıq ərazidən rayon istiqamətində piyada gəlməyə başlayıb. O, iki dağ aşırımını keçərək Car kənd inzibati ərazisinin yaxınlığında, el arasında "Şamilovka” kimi tanınan dağ massivinə gəlib.

29 yaşlı qonağın elə bu ərazilərdə itkin düşdüyü ehtimal edilir.

AZXEBER.COM-un məlumata görə, itkin düşən hindistanlı turistin qardaşı Dharan Kondaveeti Modern.az-a bildirib ki, qardaşı Azərbaycana səfərdən əvvəl ölkəmizin relyefini və təbiətini araşdırıb.

Qardaşının itkin düşməsi barədə xəbər alan Dharan dərhal Azərbaycana gəlmək qərarı verib. O, hazırda ailəsi ilə birlikdə Zaqataladadır:

"Mən ailəmlə birlikdə Zaqatalada qardaşımın axtarışını davam etdirirəm. Mayın 13- səhər saatlarından qardaşımı heç kim görməyib. Sonucu dəfə mayın 12-i axşam saat 19 radələrində söhbətləşmişik. Daha sonra mən ona yazdım, amma cavab vermədi. Fikirləşdim ki, yəqin olduğu yerdə şəbəkə yoxdur. Ürəyimə dammışdı ki, nəsə baş verib. Çünki o özü həmişə bizimlə əlaqə saxlayırdı. Biz onun "Google” akkauntuna giriş əldə etmişik. Mayın 13-ü qardaşımın olduğu məkan barədə informasiya əldə etdik. O, şəhərdən kənarda komada olub. Başqa məlumat yoxdur”.

Dharan Kondaveeti qardaşının dünyanın bir çox ölkələrinə səfər etdiyini söyləyib. O, bildirib ki, Manikathi Azərbaycana aprelin 26-da gəlib:

"Mən onunla bir gün əvvəl Dehlidə şam yeməyi yedim. Səhəri onu aeroporta apardım. Bundan əvvəl o, Kamboca, Vyetnam, Tayland, Nepal, Madaqaskar, Ruanda, Keniyaya səfər edib. Səyahət zamanı gündə 25 kilometr məsafə qət edirdi. Səyahər etməyi xoşlasa da, yersiz riskə getməzdi. Təhlükəsiz səyahət edirdi, heç riskli yerlərə getməzdi. Heç bir ölkədə də başına belə hadisə gəlməyib.

O, Hindistanda fransız dili üzrə ekspert kimi işləyirdi. Azərbaycana getmək qərarını almışdı. Koronavirusdan sonra onun ilk səyahəti Azərbaycana oldu. Aprelin 26-da Azərbaycana gələndən sonra Bakıda, Şəkidə və bir çox şəhərdə olub. Mayın 12-də Zaqatalaya gəlib. Biz hələ də axtarış edirik, amma çarəsizik. Bakıdan könüllü qruplar istəyirik, onların nəqliyyat, qida xərclərini biz qarşılayacağıq”.

Zaqatalada axtarışlara qoşulan könüllü Toğrul Cəfərov isə bildirib ki, turistin qış yuxusundan ayılan ayılarla qarşılaşma ehtimalı var:

"Turist 12 may tarixində qaldığı oteldən yerli sakinlərin yönləndirməsi ilə Qəbizdərəyə gedib, oradan yaylağa qalxaraq gecəni daxa adlanan ağacdan (taxtadan) tikilmiş yaylaq evlərindən birində qalıb. Onu həmin gün yaylaqda olan kənd sakini görüb. Səhəri gün (13 may tarixi) yaylaqda qalan kənd sakini Qəbizdərə kəndinə düşəcəyini, turistin də onunla gələ biləcəyini deyib, turist isə gəldiyi yöndə qayıtmaq istəmədiyini, Car yolundan Zaqatala mərkəzinə düşmək istədiyini bildirib və həmin istiqamətdə gedib. Ayın 13-dən sonra turistdən xəbər yoxdur. Mayın 17-də onun Özbəkistana təyyarə bileti olsa da, ölkədən çıxışı qeydə alınmayıb. Turist ailəsi ilə mütəmadi danışırmış, bir neçə gün xəbər almadıqları üçün ailəsi ölkələrinin Azərbaycandakı səfirliyinə xəbər edərək turistin axtarılmasını xahiş edib. Ayın 17-dən polis, yerli sakinlər və digər qurumlar axtarışlar aparır. Hələ də bir nəticə yoxdur”.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi