Müğənni Hiss 8 ay fasilədən sonra pərəstişkarlarını sevindirib.
AZXEBER.COM xəbər verir ki, sənətçi "Mənə pis olma" adlı yeni mahnını ifa edərək ona klip çəkdirib.
Kompozisiyanın söz və musiqisi YAP10-a (Zamiq Əliyev), aranjimanı isə Nihad Məlikova aiddir.
Çəkilişləri Türkiyənin Antalya şəhərində baş tutan ekran işinin rejissorluğunu İsmayıl Eren Yalçın edib. Hiss bir-birindən fərqli obrazlarda kamera qarşısına keçib.
Yeni işi ilə çox iddialı olan ifaçı bu treki "Yayın son hiti" adlandırıb. Klip sənətçinin şəxsi yutub kanalına kanalına yerləşdirilib.