Fərqli ifaları ilə hər zaman gündəmi ələ almağı bacaran müğənni Hiss yeni layihəsini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, "Canın sağ olsun " adlanan mahnının söz və musiqisi Abbas İsmayılovla Hissə məxsusdur.
Emosional gücü və insanın iç dünyasını vizual şəkildə ifadə edən bu iş, Hissin yaradıcılığında yeni bir mərhələni təmsil edir.
Onu da qeyd edək ki, mahnıya ekran həyatı verən rejissor Xəyal Səlimov "Canın sağ olsun” klipinin son illərdə Azərbaycanda çəkilən ən bahalı kliplər sırasında olduğunu qeyd edib.
Aysel