Hitlerə oxşayan pişiyi vəhşicəsinə döydülər - FOTO

MARAQLI
12:24 23.05.2014
3050
Pişiyi zibil qabında tapıblar.
“Baz” ləqəbli, yeddi yaşlı pişik Britaniya Qlosterşirində gəzərkən ciddi zərər çəkib.
Heyvanın sahibinin fikrinə görə, onun döyülmə səbəbi xarici görünüşüdür. Belə ki, pişik Hitlerə oxşayır.
Pişiyin sahibi 26 yaşlı Kristi Sperrou (Kirsty Sparrow) bildirib ki, bu günlərdə Bazı gəzməyə buraxıb, o isə geri qayıtmayıb. Uzun axtarışlardan sonra heyvanı yaralı vəziyyətdə zibil qabında tapıb. Qadın onu tez veterinara aparıb. Yaraların xarakterinə görə həkim onun maşın altına düşdüyünü yox, məhz döyüldüyünü söyləyib.
Sperrou danışıb ki, baş verənlərdən şoka düşüb. Əlavə edib ki, onun tanışları əvvəllər də Bazın xarici görünüşü ilə bağlı zarafatlar edirdilər. Onun sözlərinə görə, Baz fürrerə oxşasa da çox mehriban və sözəbaxandır.(Oxu.az)
OXŞAR XƏBƏRLƏR