Hizbullah İsmayıl Haniyəyə görə Fələstinə başsağlığı verdi

Hizbullah İsmayıl Haniyəyə görə Fələstinə başsağlığı verdi
DÜNYA
11:59 31.07.2024
100
Hizbullah Hərəkatı İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı Fələstin xalqına başsağlığı verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hizbullah rəsmi Telegram hesabı vasitəsilə Haniyənin Tehranda öldürülməsi ilə bağlı açıqlama verib.

Açıqlamada "böyük və səmimi lider Haniyənin vəfatı ilə bağlı böyük kədərin olduğu” ifadə edilərək başda Həmas olmaqla bütün fələstinlilərə başsağlığı verilib.

Bəyanatda İsrail və hücumu təşkil edənlərə qarşı mübarizənin qətiyyət və inadla davam etdiriləcəyi vurğulanıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR