Hizbullah İsrailə hücum etdi: Alış-veriş mərkəzi vuruldu

Hizbullah İsrailə hücum etdi: Alış-veriş mərkəzi vuruldu
DÜNYA
11:23 07.06.2024
126
Hizbullah Livandan göndərdiyi PUA ilə İsraildə ticarət mərkəzini vurub.

AZXEBER.COM xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" qəzetinin xəbərinə görə, Hizbullahın Livandan göndərdiyi PUA Kiryat Şmonadakı ticarət mərkəzinə düşüb.

Gün ərzində Hizbullahın İsrailin şimalına atdığı raketdən sonra bölgədə yanğının başladığı bildirilib. 

İyunun 2-dən etibarən Hizbullahın Livandan atdığı raketlər və kamikadze PUA-lar bölgədəki isti havanın da təsiri ilə İsrailin şimalındakı qəsəbələrdə çoxlu yanğınlara səbəb olmuşdu.

Buna cavab olaraq İsrail Hizbullaha qarşı güclü qabaqlayıcı zərbə endirmək təhdidlərini artırıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR