Hizbullah İsrailin 10 hərbi məntəqəsinə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Livandakı Hizbullahın İsrailin şimalındakı Safed şəhəri yaxınlığındakı hərbi məntəqəyə 48 "Katyuşa” raketi atdığı, həmçinin sərhəddəki 9 hərbi nöqtəyə hücum etdiyi bildirilib.
Hizbullah İsrailə qarşı hücumları ilə bağlı açıqlama verib.
Açıqlamada İsrailin şimalındakı Safed şəhəri yaxınlığında, sərhəddən ən az 10 kilometr aralıda yerləşən Ayn Zaytim hərbi məntəqəsinə 48 "Katyuşa” raketinin atıldığı bildirilib.
Bundan başqa sərhəddə yerləşən Harba Maar, Marabda, Birka Rişe, Cəl əl-Aləm, Ed-Duhayra, Ramim, Ər-Rahib və Əl Manara kimi İsrail hərbi məntəqələri və Sasa qəsəbəsində toplanan əsgərlər hədəfə alınıb.
Gülay