"Hizbullah" İsrailin aviabazasını vurduğunu bildirib

"Hizbullah" İsrailin aviabazasını vurduğunu bildirib
DÜNYA
01:14 10.03.2026
200
Livanın "Hizbullah" hərəkatı İsraildə hərbi obyektə raket zərbəsi endirdiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, hadisə ilə bağlı məlumatı Livanın "Sawt Lubnan" radiosu yayıb.

Bildirilib ki, təşkilatın silahlı qanadı paytaxt Təl-Əvivdə İsrail Müdafiə Qüvvələrinin Ben-Qurion Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən hərbi hava bazasını hədəfə alıb.

Hücum zamanı yüksəkdəqiqlikli raketlərdən istifadə olunub. Raketlərin, həmçinin Təl-Əvivdən təxminən 24 km şərqdə yerləşən Ramla şəhərindəki hərbi bazanın komanda məntəqəsinə də düşdüyü iddia edilir.
OXŞAR XƏBƏRLƏR