"Hizbullah" lideri Həsən Nəsrullahın cəsədi dağıntılar altından çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Dağıntılar altından çıxarılan Həsən Nəsrullah başından və bədənindən aldığı küt travma nəticəsində həyatını itirib.
Qeyd edək ki, Hizbullah lideri İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi zərbə nəticəsində ölüb.