Hizbullah İsrail əsgərlərinin toplaşdığı bir çox nöqtəni, Livanın El-Mark və Hale Verde bölgələrini raketlərlə hədəfə alıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 2023-cü il oktyabrın 8-dən bu yana həyata keçirdiyi hücumlarda 104-ü uşaq, 194-ü qadın olmaqla ümumilikdə 2309 nəfər ölüb, 10782 nəfər yaralanıb.
Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.
Mikayıl