Livan-İsrail sərhədində baş verən qarşıdurmada daha iki Hizbullah üzvü ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Hizbullah silahlı qruplaşması məlumat yayıb.
Açıqlamada 2 Hizbullah üzvünün vəzifəsini yerinə yetirərkən həyatını itirdiyi bildirilsə də, sözügedən ölümə səbəb olan qarşıdurmalar barədə məlumat verilməyib.
Qeyd edək ki, indiyə qədər Livan-İsrail sərhədində davam edən qarşıdurmalarda 41 Hizbullah üzvü öldürülüb.
Mikayıl