Livanın "Hizbullah” siyasi-hərbi qruplaşmasının nüfuzlu şəxslərindən biri, "Zülfiqar” təxəllüslü Rəşid Məhəmməd Şaqlilya ölüb.
Bu barədə qruplaşmanın lideri Həsən Nəsrullahın "X” sosial şəbəkədəki səhifəsində bildirilib.
İnformasiyaya əsasən, onun ölümünün səbəbi və şəraiti barədə məlumat yayılmayıb. Onun ölümü barədə məlumatda yalnız "Qüds yolunda şəhid oldu”, deyə bildirilib.