Hökümətyönlü təşkilat sədrindən şok təklif: "Azərbaycan Parlamenti buraxılsın"

Hökümətyönlü təşkilat sədrindən şok təklif: "Azərbaycan Parlamenti buraxılsın"
SOSİAL
15:08 11.08.2017
7656
Azərbaycan - Slavyan Gənclər Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov maraqlı təkliflə çıxış edib.
 
Təşkilat sədri AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanda yeni Parlament seçkiləri keçirilməlidir:

"Azərbaycanda Milli Məclis buraxılmalı və yenidən seçkilər keçirilməlidir. Bu hər zaman aktiv olan, öz deputatlıq missiyasını uğurla icra edən millət vəkillərini narahat etməyəcək. Çünki istənilən halda onlar yenidən öz seçicilərinin etimadını qazanacaqlar. Söhbət onlarla mandatın boş-boş zəbt olunmasından gedir. Yeni seçkilərin keçirilməsi həm də qanuna müvafiqdir. Referendumdan sonra ölkəmizdə Vitse-prezidentlik institutu yaradıldı. Strateji struktur planlaması, çevik idarəetmə, hüquqi islahatlar fonunda parlamentin buraxılmasını olduqca labütdür. İndiki halda parlament dövlətin bu çevik idarəetmə mexanizminə nəinki cavab vermir, bir çox hallarda buna mane olur. Bəzən hökümətin həyata keçirdiyi strateji layihə bir deputatın sərsəmləməsi ilə gündəmdən itir.
 
Səbuhi Abbasov kimlərin mandatla vidalaşmalı olduğunu da açıqlayıb: "Daha dinamik və dövlətə xeyirli Parlament qurmaq üçün aşağıdakı nüanslara mütləq diqqət yetirilməlidir:
1. İlk növbədə yaşı 65dən yuxarı olanlarla sağollaşmaq lazımdı. Onlara yerdə qalan ömürlərini söyülmədən, təhqir olunmadan öz nəvə-nəticələrinin ətrafında keçirmələri üçün imkan yaradılmalıdır;
2. Biznesmenlər, nəbilim zapçast satanlar, kisəçilər, masajçılar birmənalı şəkildə parlamentdən uzaqlaşdırılmalıdırlar.
3. Həftədə 10 dəfə ürək əməliyyatı edənləri, baytarları, qəssabları, meşə massivini yox edib mebel biznesindən milyonlar qazananları, kolbasa istehsal edənləri heç bir halda Parlamentə buraxmaq olmaz.
 
Bu siyahını çox artırmaq olar. Ancaq məsələ burasındadır ki, bu heyətnən Milli Məclis getmir. Bəziləri Oktay Əsədovun deputatlara danışıq qadağasının qoymasını tənqid edirdi. Mən isə təqdir edirəm. Əslində spiker onları istəyib belə deyir. Bilir ki, ağız açıb danışan kimi ordan ya qatıq töküləcək, ya da ayran. Milli Məclis strateji qurumdur. Bu qurumda təmsil oluna deputatlar dinamik, çevik, savadlı, gənc və intellektual olmalıdırlar. Ən əsas millət vəkili kimi öz öhdəliklərini, üzərilərinə düşən yükü daşımağı bacarmalıdır.
 
Qeyd etdiyim və etmədiyim bir çox strateji məqamlara görə Milli Məclisə seçkilər yenidən keçirilməlidir. Ziyanın yarısından qayıtmaq özü özlüyündə müsbət haldır. Vallah, billah Parlamenti 2020-ci ilə qədər bu "sostav"nan daşımaq olmaz.
 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
11:28 21.10.2025
İdeyanı Birbank-ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
11:26 21.10.2025
Marsol Group nümayəndə heyəti İsveçrədə səfir Fuad İsgəndərovla görüşdü - FOTOLAR
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
11:18 21.10.2025
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxan var? - RƏSMİ AÇIQLAMA
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:17 21.10.2025
Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
11:14 21.10.2025
"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin münasibətləri "6-lıq" modelini formalaşdırır"
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
11:08 21.10.2025
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Yavər Camalovun gəlini vəfat etdi
11:05 21.10.2025
Yavər Camalovun gəlini vəfat etdi
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
11:02 21.10.2025
Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
11:00 21.10.2025
Azərbaycanda soyuq qəhvə istehsalına başlanılıb
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
10:52 21.10.2025
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
10:42 21.10.2025
Övladlarımızın həyatını səhlənkarlığımıza qurban verməyək!
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
10:41 21.10.2025
Deniz Seki: "Həyatımı Deniz ya da Serenay canlandırsın"
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
10:23 21.10.2025
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın - Fotoları
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
10:23 21.10.2025
Doğuş və Xoşqədəm evlilik ildönümünü qeyd edir
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
10:16 21.10.2025
"Manchester United"in qapıçısı Müge Anlının qızına elçi düşdü
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir
10:11 21.10.2025
Astanada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir