Hofrayterin xoflanması – Alman deputat Azərbaycana sanksiya tələb edir

Hofrayterin xoflanması – Alman deputat Azərbaycana sanksiya tələb edir
SİYASƏT
16:05 02.10.2023
185
Almaniya Bundestaqının Avropa Məsələləri Komitəsinin rəhbəri Anton Hofrayter Avropa İttifaqını "Qarabağ ətrafındakı vəziyyətlə əlaqədar” Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Hofrayter Azərbaycanla qaz tədarükü ilə bağlı müqavilələrə dərhal yenidən baxılmalı olduğunu bildirib. Onun fikrincə, Avropa İttifaqı Bakıya qarşı cəza tədbirləri ilə bağlı ən qısa zamanda qərar qəbul etməlidir”.

Azərbaycanla razılaşdırılan qaz tədarükü barədə danışan siyasətçi "Rusiya ilə münasibətlərdə yol verilən səhvləri təkrarlamamalı və enerji asılılığına düşməməliyik” deyib.
 
///Musavat.com
OXŞAR XƏBƏRLƏR