Hokkaydoda 6,1 maqnitudalı zəlzələ olub

Hokkaydoda 6,1 maqnitudalı zəlzələ olub
SOSİAL
15:24 31.05.2025
568
Yaponiyanın Hokkaydo bölgəsində 6,1 maqnitudalı zəlzələ baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.

"Zəlzələ Asahikava şəhərindən 248 km şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib", - məlumatda bildirilib.

Zəlzələ nəticəsində ölənlər və dağıntılar barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR