Hollandiya Nümayəndələr Palatasında Fələstinlə bağlı şüar qadağan edildi

Hollandiya Nümayəndələr Palatasında Fələstinlə bağlı şüar qadağan edildi
DÜNYA
10:43 26.10.2023
135
Hollandiya Nümayəndələr Palatasında İsrail-Fələstin münaqişələri ilə bağlı sessiya keçirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Çaydan dənizə qədər Fələstin azad olacaq” ifadəsi Hollandiya Nümayəndələr Palatasında müəyyən məna daşıdığı üçün qadağan edilib.

Denek Partiyasının Parlament Qrupu sədri və millət vəkili Stefan van Baarle iclasda etdiyi çıxışda "Çaydan dənizə qədər Fələstin azad olacaq” dedikdən sonra parlament sədri Vera Berqkamp tərəfindən xəbərdarlıq edilib.

Berqkamp deyib: "Bilirsiniz ki, son cümlədə müəyyən məna var, elə deyilmi? Mən bu parlamentdə bu son cümləni bir daha eşitmək istəmirəm. Mən sizə bu barədə xəbərdarlıq etmişəm”.

Ayşən
OXŞAR XƏBƏRLƏR