Hollandiyada məktəblərdə smartfondan istifadə qadağan edildi

DÜNYA
16:05 03.09.2024
140
Hollandiyada məktəblərdə eləcə də liseylərdə smartfonlardan istifadə şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi üçün qadağan edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, həftənin əvvəlindən etibarən ibtidai siniflərdə dərs zamanı smartfonlardan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.

Qərardan sonra tələbələrə smartfonlardan yalnız müvafiq kurslarda tədris məqsədləri üçün və ya sağlamlıq, fiziki qüsurlar kimi müstəsna hallarda istifadə etməyə icazə veriləcək.

Smartfonların şagirdlərin diqqətini yayındırması və imtahan nəticələrinə mənfi təsir göstərməsi əsası ilə qəbul edilən qərar artıq orta və ali məktəblərdə də tətbiq edilib.

İbtidai məktəblərin də qadağaya daxil edilməsi ilə ölkədəki bütün məktəblərdə smartfonlardan istifadə qadağan edilib.

Qeyd edək ki, Yunanıstan, İtaliya və Belçikanın fransız dilli bölgələrində tətbiq edilən qadağanın Almaniyada da gündəmdə olması gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR