Hollandiyanın müxalif siyasətçisi Gert Vilders yeni hökumət qurmağa çox yaxın olduqlarını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İslama qarşı olan və immiqrasiyanı tamamilə dayandıracağını vəd edən Vildersin Azadlıq Partiyası (PVV) 22 noyabr 2023-cü ildə keçirilən seçkilərdə parlamentdəki 150 yerdən 35-ni qazanaraq birinci yeri tutub.
"Mən bunun uğursuz olacağını düşünmürəm" deyən Vilders tərəflərin bu səhər yenidən bir araya gələcəklərini və razılaşmanı yekunlaşdırmağa çalışacaqlarını habelə gecə yarısından əvvəl razılaşmaya cavab vermələrinin gözlənildiyini bildirib.
Ötən gün keçirilən gərgin danışıqlardan sonra digər partiya liderləri razılaşmaya yaxın olduqlarını, təhlükəsizlik şurasının lideri Piter Omtzigt isə kimin baş nazir olacağının hələ də bəlli olmadığını bildirib.
Vildersin mart ayında baş nazirlikdən imtina etdiyini elan etdikdən sonra bu gün baş nazirliyə yeni namizədin açıqlanması gözlənilir.
Tez-tez prezident Türkiyə Prezidenti Ərdoğanı hədəf alan mesajlar paylaşan Vilders Türkiyədə keçirilən son seçkilərdən sonra verdiyi açıqlamada "Cənab Ərdoğan. Türkiyə dünyəvilik və azadlıq istəyir" deyib.
Mikayıl