Azərbaycanın tanınmış müğənnisi Röya Ayxan həbs edilib.AZXEBER.COM-un “Olaylar”a istinadən verdiyi məlumata görə, tanınmış müğənni Hollandiyada saxlanılıb. O, yol polisinə müqavimətdə təqsirləndirilib. Məlumata görə, Röya Hollandiyada dostlarından birinin avtomobili ilə yolda hərəkət edərkən yol hərəkəti qaydalarını kobud pozub. Azərbaycanlı müğənninin qanun pozuntusu yolda quraşdırılan kamera vasitəsilə qeydə alınıb və hadisədən bir gün sonra Röya həmin avtomobillə saxlanılıb və ona qayda pozması barədə məlumat verilib.Bununla razılaşmayan Röya ona yazılan cəriməni ödəməkdən boyun qaçırıb və polisə müqavimət göstərib. Azərbaycanlı müğənniyə yol hərəkəti qaydalarını pozmaq barədə kamera çəkilişi göstərilsə də, o bununla razılaşmayıb.