Hollandiyadan inanılmaz qələbə

İDMAN
00:27 30.06.2014
1917

Braziliyada təşkil olunan dünya çempionatında daha iki komanda 1/4 finala yüksəlib. Apasport.az saytının xəbərinə görə, Çilini penaltilər seriyası ilə mübarizədən kənarlaşdıran meydan sahiblərinin ardınca, Kolumbiya millisi də 8 ən güclü sırasına vəsiqə qazanıb.

Uruqvayla qarşılaşan Xose Pokermanın komandası hesabı 28-ci dəqiqədə açıb. XamesRodriqesuzaq məsafədən vurduğu gözəl qolla Kolumbiyanı önə çıxarıb. İkinci hissənin ilk dəqiqələrində Xameshəm dublunu, həm də komandasının növbəti mərhələyə çıxmasını rəsmiləşdirib. İndi kolumbiyalıları 1/4 finalda daha çətin rəqib - Braziliya millisi gözləyir.

1/8 final mərhələsinin bu günə planlaşdırılan daha bir oyununda Avropa və Şimali Amerika təmsilçiləri üz-üzə gəlib. Qrupda keçirdiyi bütün matçlarda qalib gələn Hollandiya Meksika ilə qarşılaşıb.

Oyunda hesabı meksikalılar açsalar da, Şimali Amerika təmsilçisi qələbəni son dəqiqələrdə əldən verib. 48-ci dəqiqədə Santosun vurduğu qola əsas vaxtın başa çatmasına 2 dəqiqə qalmış Sneyder cavab verib. Meksikalılar özünə gəlməmiş daha bir zərbə alıblar. Cərimə meydançası daxilində Robbenə qarşı kobudluğa görə hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınalaş Hunteların zərbəsi isə dəqiq olub – 2:1.

Hollandiya yığmasının ¼ finalda rəqibi Kosta-Rika – Yunanıstan matçında sevinən tərəf olacaq.

1/8 final

29 iyun

Kolumbiya – Uruqvay - 2:0Qollar: XamesRodriqes, 28; 50Baş hakim:Byorn Kuypers

Rio-de-Janeyro. “Marakana” stadionu

Kolumbiya:1. Ospina, 2. Zapata, 3. Yepes, 7. Armeno, 6. Sançes, 8. Aqillar, 11. Kuadrado, 18. Zuniqa, 9. Qutyerez, 10. Xames Rodriqez, 21. Martinez

Uruqvay:1. F.Muslera, 3. Dieqo Qodin, 6. Alvaro Pereyra, 13. Ximenes, 16. Maksi Pereyra, 22. Martin Kaseres, 7. Kristian Rodriqez, 17. Arevalo, 20. Qonzales, 10. Dieqo Forlan, 21. Edinson Kavani

Hollandiya – Meksika - 2:1Qollar:Sneyder, 88; Huntelar, 90+1- dos Santos, 48

Fortaleza. “Kastelao” stadionu

Hollandiya:Ciliessen, Vlaar, De Vrij, Blind, De Yonq, Van Persi, Sneyder, Robben, Verhaegh, Kuyt, Vijnaldum

Meksika:Oçoa, Rodriqes, Salcido, Markes, Herrera, Layun, Dos Santos, Moreno, Quadrado, Peralta, Aqular

OXŞAR XƏBƏRLƏR