Hollandiyanın baş naziri Mark Rutte bildirib ki, Qəzzaya yardım və qida, su və yanacaq kimi əsas ehtiyaclar üçün davamlı dəhliz lazımdır.
AZXEBER.COM xəbər verir ki, Hollandiyanın müvəqqəti hökumətinin baş naziri Mark Rutte Qəzza məsələsinə toxunub.
Rutte İsrailin Qəzzaya tətbiq etdiyi embarqodan və bölgəyə humanitar yardımın çatdırılmasında yaşanan çətinliklərdən danışıb:
"Bura davamlı yardım dəhlizi lazımdır. Daha çox şeyə təcili ehtiyac var. Qəzzaya yardım və qida, su və yanacaq kimi əsas ehtiyaclar üçün davamlı humanitar dəhliz lazımdır”.
Ayşən