Hollivud aktrisasından göz yaşı içində etiraf - Media patronu məni zorlayıb

Hollivud aktrisasından göz yaşı içində etiraf - Media patronu məni zorlayıb
MAQAZİN
23:13 13.06.2019
7639
Amerikalı aktrisa Mira Sorvino cinsi cinayətlərlə bağlı daha ağır cəzaların və qanunların qəbul edilməsi mövzusunda keçirilən konfransda iştirak edib.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, "Oskar"lı aktrisa dostu, media patronu Harvey Vaynşteyn tərəfindən zorlandığını göz yaşları içində etiraf edib.

51 yaşlı aktrisa deyib:

"Təcavüz qurbanları ədalət axtarırlar. Mən bu insanlara kömək etmək üçün keçmişdə yaşadığım zorlanma və bundan yaranan psixoloji travmadan danışdım. Bəzən qurban olsanız da, özünüzü günahlandırıb özünüzdən utanırsınız".

Mira hansı tarixdə və harada zorlandığı haqqında məlumat verməyib.
OXŞAR XƏBƏRLƏR