Hollivud aktyoru Qəzzada atəşkəsə çağırış etdi

Hollivud aktyoru Qəzzada atəşkəsə çağırış etdi
MAQAZİN
11:03 11.03.2024
216
Məşhur Hollivud aktyoru Ramy Youssef 96-cı Oskar mükafatlandırma mərasimindən əvvəl Qəzzada dərhal və daimi atəşkəsə çağırıb və uşaqların öldürülməsinə son qoyulmalı olduğunu vurğulayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdə kino dünyasının ən nüfuzlu mükafatlarından biri olan və Amerika Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilən 96-cı Oskar Mükafatları təqdim edilib.
 
Məşhur Hollivud aktyoru Ramy Youssef mükafatlandırma mərasimi öncəsi Qəzza ilə bağlı dediyi sözlərlə diqqət çəkib.

Jurnalistlərə müsahibə verən aktyor atəşkəsə çağırış edib: "Qəzzada dərhal, daimi atəşkəsə, Fələstin xalqı üçün sülh və qalıcı ədalət çağırırıq. Uşaqları öldürməyi dayandırın. Gəlin bu müharibənin bir parçası olmayaq".

Günel
OXŞAR XƏBƏRLƏR