Homoseksual olduğunu etiraf edən aktyorun mükafatı ləğv edildi

Homoseksual olduğunu etiraf edən aktyorun mükafatı ləğv edildi
MAQAZİN
23:29 31.10.2017
1964
Amerikalı məşhur aktyor Kevin Speysi homoseksual olduğunu etiraf etdikdən və uşağa təcavüz etdiyi iddiası ortaya çıxdıqdan sonra şok qərarla qarşılaşıb. 
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika Kino İnstitutunu noyabrda aktyora verməyi planlaşdırdığı "Emmy mükafatı”nı ləğv edib.
 
Bundan başqa, "Netflix” şirkəti Speysinin baş rolda oynadığı "House Of Cards” adlı serialın yayımını dayandırıb.
 
Qeyd edək ki, amerikalı aktyor Entoni Repp 31 il öncə, 14 yaşında olarkən Speysinin ona evində təcavüz etmək istədiyini açıqlayıb.
 

58 yaşlı Speysi isə ona cavab olaraq bunları deyib:
 
"Reppin aktyorluğuna heyranam, hörmətim də var. Onun açıqlamasını eşidəndə şoka düşdüm. Hadisəni xatırlamıram. Amma onun dediyi kimi baş veribsə, sərxoş olmuşam. Bu davranışlarıma görə ondan üzr istəyirəm.
 
Entoninin açıqlaması məni cəsarətləndirdi. Özəl həyatımla bağlı çox şayiələr yayılır. Yaxın dostlarım bilir ki, həm qız, həm də oğlanlarla münasibətim olub. Kişilərlə romantik sevgi yaşamışam, indi də həmcinsimlə sevgiliyəm”.
 
OXŞAR XƏBƏRLƏR